“Azəriqaz” alternativ və bərpa olunan enerjiyə keçir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası və ətraf mühitin mühafizəsi məqsədilə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin qaz nəqli sistemlərində qazın daxili enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etməyə imkan verən turbodetander qurğularının tətbiq edilməsi nəzərdə tutulub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə “Azəriqaz”-ın təklifinə əsasən “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən “Azəriqaz”-ın “Qaradağ”, “Digah”, “Mingəçevir” və “Şirvan” Qazpaylayıcı Stansiyalarında (QPS) qazın təzyiq potensialından istifadə etməklə elektrik enerjisinin alınması üçün turbodetander qurğusunun tətbiq edilməsi məqsədilə texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb. Hazırda “Mingəçevir” QPS-də quraşdırılacaq turbodetander qurğusunda istehsal ediləcək elektrik enerjisinin mövcud şəbəkəyə ötürülməsi üçün texniki şərtin verilməsi məqsədilə “Azərenerji” ASC-yə müraciət olunub. Planlaşdırılan işlərin həyata keçirilməsi üçün aidiyyatı olan qurumlar tərəfindən torpaq sahəsinin ayrılması məsələsi də həllini tapıb. Lazımi sənədlər toplandıqdan sonra obyekt üzrə layihə-smeta sənədlərinin işlənilməsinə başlanılacaq.

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13