Gəncə sakini narkotik vasitənin təsirindən  komaya düşdü
10 iyul 2025 07:54 (UTC +04:00)

Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü

Gəncədə 33 yaşlı şəxs narkotik vasitənin təsirindən komaya düşüb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü O. Abbasov yüksək dozada narkotik qəbul edən zaman komaya düşüb.

33 yaşlı kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar