ARDNŞ Gürcüstanda 100 milyon dollara zavod tikir
Bu gün Gürcüstanın Kulevi azad sənaye zonasında karbamid zavodunun təməlqoyma mərasimi keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvili, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın maliyyə naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər iştirak ediblər.
İllik istehsal gücü 660 min ton olacaq zavodun tikintisinə 1500 işçi cəlb ediləcək. İstismara verildikdən sonra zavodda 300-ə yaxın adamın çalışacağı nəzərdə tutulur. Layihənin investisiya dəyəri minimum 100 milyon dollar məbləğindədir. Zavodun inşasının 2016-ci ildə başa çatdırılması planlaşdırılır. ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycanla yanaşı qonşu Gürcüstanda da karbamid zavodunun inşası iki qardaş ölkədə aqrar sənayenin inkişafına, azot gübrəsinə təlabatın ödənilməsinə, eləcə də region bazarlarına yeni və perspektivli məhsul çıxarılmasına əlavə imkanlar yaradacaq.
Təməlqoyma mərasimindən sonra karbamid zavodunun tikintisi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Gürcüstan hökuməti tərəfindən bu ölkənin iqtisadi inkişaf naziri xanım Vera Kobalia, ARDNŞ tərəfdən isə “SOCAR Georgia İnvestments Ltd”nin baş direktoru Əfqan İsayev imzalayıblar.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18