(R) “Universal əmanət” müştərilərin rəğbətini qazanır
18 sentyabr 2012 14:35 (UTC +04:00)

(R) “Universal əmanət” müştərilərin rəğbətini qazanır

NBC Bank ASC tərəfindən yeni əmanət növü olaraq bazara çıxarılan “Universal Əmanət” cari ilin avqust ayından etibarən Bank tərəfindən təqdim olunur. Bu əmanət növü Bank tərəfindən hal-hazırda mövcud olan altı əmanət növündən ən yenisidir. Cəmi bir ay öncə təqdim olunan bu məhsul üzrə portfel artıq bir milyon beş yüz min manatı keçmişdir ki, bu da bütün əmanət növləri arasında avqust ayı üzrə ən yüksək göstərici olmuşdur. Sevindirici haldır ki, əhali arasında NBC Bankın təqdim etdiyi əmanətlərə güvən gündən günə daha da artır.

Qeyd edək ki, “Universal Əmanət” illik faiz dərəcəsi 12% olmaqla müştərilərə təqdim olunur. Bu məhsul üzrə əmanətçilərin əmanəti 100% sığortalanmaqla bərabər bir sıra digər üstünlüklərə malikdir ki, buraya hər ay faizlərin götürülməsi və hər ay ilkin məbləğin 100%-i həcmində vəsaitin əlavə edilməsi, hər bir müştəriyə əmanətin məbləğinin 80%-i həcmində kredit xəttinin açılması, pulsuz plastik kart və eləcə də digər sərfəli şərtlər daxildir.

Eyni zamanda vurğulamaq istərdik ki, depozit üzrə minimum məbləğ 500 AZN/USD/AVRO müəyyən olunub.

“Universal Əmanət” növü və bankın digər təklif etdiyi xidmətlərdən istifadə etmək istəyənləri Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialımıza müraciət etməyə dəvət edirik.

Ətraflı məlumat üçün Bankın internet səhifəsinə daxil ola (http://nbcbank.az/cats/40) və ya (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

NBC Bank – hər zaman yanınızda!
# 949

Oxşar yazılar