DəmirBank Şəmkirdə aksiya keçirib - FOTO
DəmirBank Şəmkir rayonu İcra Hakimiyyəti ilə birgə Şəmkir sakinləri üçün “DəmirBank məhsulları, plastik kartlar və nağdsız ödənişlər” mövzusunda maarifləndirici tədbir keçirib. 450 nəfərin iştirak etdiyi tədbir Şəmkir Mədəniyyət Evində keçirilib.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin nümayəndələri bank tərəfindən hazırlanan tədbiri yüksək dəyərləndiriblər. Şəmkir rayonunda fəaliyyət göstərən bank və kredit təşkilatları sırasında DəmirBank-ın ilk dəfə bu mövzuda geniş maarifləndirici tədbir keçirdiyi vurğulanıb.
Bankın məsul şəxsləri DəmirBank-ın fəaliyyəti, tarixi nailiyyətləri, eləcə də Şəmkir filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat veriblər. Tədbir zamanı iştirakçılara müxtəlif bank xidmətləri üzrə maarifləndirici materiallar paylanılıb.
Daha sonra “Bank kartları və nağdsız ödənişlər” üzrə iştirakçılar üçün maarifləndirici təqdimat həyata keçirilib. Tədbirin sonunda DəmirBank və Fujitsu şirkətindən bir sıra iştirakçılara qiymətli hədiyyələr təqdim edilib.
Hazırda DəmirBank-ın xidmət şəbəkəsi 31 filialdan ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda – Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Oxşar yazılar

Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17