Yararsız məhsullar aşkar edildi -
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, S.Vurğun küçəsi 19 ünvanında fəaliyyət göstərən “Vini İnterneyşnl” MMC-də dövlət nəzarəti həyata keçirilib.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Vini İnterneyşnl” MMC-yə məxsus “City Mart” ticarət şəbəkələrindən müxtəlif yarımfabrikat məhsullar seçilərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Aparılan sınaqların nəticələrinə əsasən yoxlanılan məhsullardan “AL Kabeer” və “Topioca” nişanlı yarımfabrikatlar “mezofil aerob” və “fakultativ-anaerob” mikroorqanizmlərin miqdarına görə normativ sənədin tələblərinə cavab verməyib.
“City Mart” mağazasında aparılan yoxlama zamanı yararlılıq müddəti bitən bir sıra süd məhsulları aşkar edilərək aktlaşdırılıb. Həmçinin müxtəlif xarici ölkələrin istehsalı olan, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edən uyğunluq və gigiyenik sertifikatları olmadan satılan müxtəlif çeşiddə balıq konservləri, ət və ət məhsulları, müxtəlif nişanlı yarımfabrikatlar, kərə yağları, müxtəlif souslar, süd məhsulları, konservləşdirilən və qurudulan göbələklər, qənnadı məmulatları və sair ərzaq məhsulları aşkarlanıb. Araşdırma zamanı ticarət şəbəkəsində qablaşdırılan müxtəlif çeşiddə məhsulların saxlanma müddəti, istehsal tarixi və çəkisi haqqında məlumatlar istehlakçılara düzgün çatdırılmadığı da müəyyən edilib. Belə ki, qablaşdırılan “American Fresh” nişanlı göbələyin çəkisi etiketdə 1 kq göstərildiyi halda faktiki çəkisinin 100 qr olduğu müəyyən olunub. Satılan bir qisim məhsulların üzərində markalanma “Dövlət dili haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq aparılıb. Belə ki, dövlət dilində üzərində heç bir məlumat olmadığından məhsulların mənşəyi, tərkibi, saxlanma müddəti və s. haqqında istehlakçıların məlumat almaq hüquqları pozulub.
Müəssisənin anbarında aparılan yoxlama zamanı anbarda mal qonşuluğunun pozulduğu və ərzaq məhsullarının saxlanma rejiminə riayət olunmadığı aşkarlanıb. Belə ki, ərzaq məhsulları kosmetik və yuyucu vasitələrlə eyni yerdə saxlanılıb. Anbarın soyuducusunda mənşə sənədləri, uyğunluq və gigiyenik sertifikatları olmayan ət və ət məhsulları, balıqlar, hind toyuğu aşkar edilib.
Aşkar olunan nöqsanlarla bağlı müəssisəyə iradnamə və sertifikatsız məhsulların satışını qadağan edən tələbnamələr verilib.

1623