(R) Xırdalanda “Unibank”-ın filialı fəaliyyətə başladı - FOTO
08 avqust 2012 17:22 (UTC +04:00)

(R) Xırdalanda “Unibank”-ın filialı fəaliyyətə başladı - FOTO

Bu gündən etibarən “Unibank” ASC-nin yeni açdığı daha bir filial Abşeron rayonun Xırdalan şəhərində fəaliyyətə başlayıb. Mehdi Hüseyn küçəsi, 6 ünvanında yerləşən yeni filial Xırdalan şəhəri ilə bərabər Biləcəri, Qobu, Masazır, Hökməli və digər yaxınlıqda olan qəsəbələrin sakinlərinə pərakəndə xidmətləri göstərəcək.

Bankın yeni xidmət nöqtəsi pərakəndə kreditləşdirilmə və konkret olaraq nağd istehlak kreditlərin, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsində fəal olmağa hazırdır. Xüsusi diqqət biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə də verilir. Bundan başqa fərdi müştərilər üçün həmçinin müddətli əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil edən geniş məhsul xətti təklif olunur.

Xırdalan filialı müasir üslubda qurulub, “Cash-in” cihazı, POS-terminllar və bankomatla təchiz edilib, onun bütün əməkdaşları isə Bankın baş ofisində ixtisaslaşdırılmış hazırlıq keçiblər.

Xatırladaq ki, filial şəbəkəsinin genişləndirilməsi “Unibank” strategiyasının əsas istiqamətlərindən biridir. Hal-hazırda Bankın xidmət şəbəkəsi 11 regional və 18 paytaxt filiallarından ibarətdir və 223 mindən çox müştəriyə müxtəlif növ bank xidmətləri göstərir.
# 1779

Oxşar yazılar