Yurqen Klopp yeni işindən  razı deyil: Baş məşqçiliyə qayıtmaq istəyir
17 aprel 2025 09:51 (UTC +04:00)

Yurqen Klopp yeni işindən razı deyil: Baş məşqçiliyə qayıtmaq istəyir

Keçmiş futbolçu və məşqçi Yurqen Klopp futbola sponsorluq edən iri şirkətlərdən biri “Red Bull”un strukturunda işlərin gedişatından narazıdır.

Lent.az-ın xarici mətbuata istinadlas məlumatına görə, 57 yaşlı almaniyalı “Red Bull”un strukturunda olmaqdan xüsusi xoşbəxtlik hiss etmir. O, “Red Bull” şirkətinin qlobal futbol bölməsinin rəhbəri vəzifəsindən zövq almır.

Qeyd olunur ki, Klopp yenidən məşqçi kimi işə qayıtmaq istəyir və hətta iki variantı nəzərdən keçirir. Onların arasında Braziliya millisi və ya “Real” da var.

Hazırda Braziliya Futbol Federasiyası Yurqenlə əlaqə saxlamır, lakin “Real” Kloppu Karlo Ançelottinin əvəzedicisi kimi nəzərdən keçirməyə hazır olduğunu bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar