Yayda “Mançester Siti”dən gedəcək
10 may 2022 15:56 (UTC +04:00)

Yayda “Mançester Siti”dən gedəcək

İngiltərə çempionu “Mançester Siti” bu yay 21 yaşlı norveçli hücumçu Erlinq Haalandı Dortmund “Borussiya”sından transfer etdikdən sonra braziliyalı hücumçu Qabriel Jesusa klubdan ayrılmağa icazə verəcək.

Lent.az xəbər verir ki, Londonun “Arsenal” klubu 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Jesusun mankunian klubu ilə müqaviləsi gələn mövsümün sonuna kimidir.

Bu mövsüm o, "Mançester Siti"nin heyətində 39 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.

# 1812
avatar

Oxşar yazılar