Zlatan İbrahimoviç
21 noyabr 2021 13:42 (UTC +04:00)

Zlatan İbrahimoviç

XXI əsrdə İLK DƏFƏ: İbrahimoviçdən növbəti rekord

"Milan" "Feorentina"ya 3:4 hesabı ilə uduzaraq mövsümdə ilk məğlubiyyətini alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Zlatan İbrahimoviç 5 dəqiqə ərzində iki qol vursa da, bu, xal qazanmaq üçün kömək etməyib.

Buna baxmayaraq, isveçli yeni bir şəxsi nailiyyət qazanıb. İbrahimoviç A Seriyasının ən yaşlı iki qol vuran və 21-ci əsrdə Avropanın TOP-5 liqasında bir oyunda iki qol vuran ilk futbolçusu olub.

Nailiyyəti isveçli 40 yaş 48 günündə əldə edib. Bununla belə, futbol veteranı butslarını mismardan asmaq fikrində deyil.

Bu mövsüm İbrahimoviç bütün turnirlərdə doqquz oyun keçirib və beş qol vurub.
 

# 1974
avatar

Oxşar yazılar