Azərbaycan Andorra və Cəbəllütariqlə eyni yerdə
17 noyabr 2014 17:16 (UTC +04:00)

Azərbaycan Andorra və Cəbəllütariqlə eyni yerdə

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində 4-cü oyununda da məğlubiyyətlə üzləşən Azərbaycan millisi azarkeşlərini üzməkdə davam edir. Lent.az-ın məlumatına görə, Bolqarıstan (1:2), İtaliya (1:2), Xorvatiya (0:6) və Norveçə (0:1) uduzan yığmamız xala həsrət qalıb. Qeyd edək ki, AÇ-2016-nın təsnifat mərhələsində millimizdən əlavə, cəmi 2 komanda xal toplaya bilməyib. Bunlar Andorra və Cəbəllütariq yığmalarıdır.

Qruplarda ilk iki yeri tutacaq komandalar və üçüncülər arasında ən yaxşı göstəriciyə malik olacaq 1 komanda Avro-2016-nın final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Üçüncü yeri tutacaq digər 8 komanda arasında isə “pley-off” oyunları keçiriləcək və qalib gələcək 4 komanda Fransaya bilet sifariş verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914

Oxşar yazılar