Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun futbolçusu Vaqif Cavadovla Rusiya Premyer Liqasında çıxış edən bir neçə klub maraqlanır. Lent.az-ın sportbox.ru-ya istinadən məlumatına görə, 24 yaşlı hücumçu ilə “Rubin”, “Krılya Sovetov” və ya “Volqa” danışıqlara başlaya bilər.
Qeyd edək ki, Vaqif Cavadov “Volqa”da 2011-2012-ci il mövsümündə də çıxış edib. O, Rusiyada həmçinin 2000 – 2007-ci illərdə MOİK-in əvəzedici heyətinin futbolçusu olub. “Rubin”in heyətində isə hazırda Azərbaycan millisinin daha bir oyunçusu Ruslan Abışov yer alıb.