
Türkiyə millisinin futbolçusu həbs edildi
“Fənərbağça” və “Başakşəhər” klublarının, eləcə də Türkiyə millisinin heyətində çıxış etmiş Bəkir İrtegün həbs edilib. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, İrtegünün "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) internetdə kriptolu xəbərləşmə proqramı olan "ByLock" istifadəçisi olduğu müəyyənləşdirilib.
Onun daha əvvəl ölkə xaricinə getmək cəhdi polis tərəfindən əngəllənib və ölkədən çıxışına qadağa qoyulub. Bundan sonra futbolçu prokurorluğa müraciət edərək telefonuna "ByLock" proqramının kim tərəfindən yükləndiyi və kimlərlə danışdığı barədə məlumat verib. Prokurorluq isə onun həbsinə sanksiya verib.
Bəkir bu gün İstanbul polis idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə gedərək təslim olub.
Qeyd edək ki, Bəkir İrtegünün son komandası "Başakşəhər" olub. Klub onunla müqaviləni ləğv edib.
Oxşar yazılar

Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04