Söyülən yox, kobud səhvlər buraxan baş hakim yenə təyinat aldı
19 dekabr 2012 12:28 (UTC +04:00)

Söyülən yox, kobud səhvlər buraxan baş hakim yenə təyinat aldı

Futbol üzrə Topaz Premyer Liqasında XVIII turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq dərəcəli hakimlərdən Vüsal Əliyev yüksək liqa qarşılaşmalarından kənarda qalıb.

 

Əliyev ötən tur “Qəbələ” ilə görüşdən sonra “Simurq”un qapıçısı David Petrjkeviç tərəfindən təhqir olunduğunu iddia edərək, onu meydandan qovub və qolkiper 4 matçlıq diskvalifikasiyaya məruz qalıb. Əvəzində son iki matçda kobud səhvlərlə yadda qalmış digər FİFA referisi Fariz Yusifov yenə təyinat alıb. Yusifov bu dəfə Tovuza göndərilib. O, XVI turda AZAL-ın qapısına “İnter”in təmiz penaltisini təyin etməyib. Ötən tur isə bu referi “Neftçi”nin futbolçusu Flavinyonun “Xəzər Lənkəran”ın oyunçusunu qəsdən vurmasını qırmızı yox, sarı vərəqə kimi dəyərləndirib. Daha bir FİFA referisi Anar Salmanov autsayderlərin görüşünü idarə edəcək. Əvəzində “Qarabağ”la “Xəzər Lənkəran” arasındakı prinsipial oyun gənc baş hakim Əliyar Ağayevə həvalə olunub.  

 

 

20 dekabr (çərşənbə axşamı)

 

14:00. “Turan” (Tovuz) – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Azər Əsgərov, Ramiz Məhərrəmov

Tovuz şəhər stadionu

 

15:00. “Simurq” (Zaqatala) – “Rəvan” (Bakı)
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov

Zaqatala şəhər stadionu

 

16:00. “Sumqayıt” – “Kəpəz” (Gəncə)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ömər Paşayev

Bakı, “Bayıl Arena”

 

16:00. “Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

22 dekabr (şənbə)

 

17:00. “Neftçi” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov

Bakı, “8-ci km stadionu”

 

15:00. “İnter” (Bakı) – “Bakı”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev

Bakı, “Şəfa” stadionu.

 

# 752
avatar

Oxşar yazılar

"Mançester Yunayted"dəki  gələcəyimi düşünmürəm”  – Ten Haq

"Mançester Yunayted"dəki gələcəyimi düşünmürəm” – Ten Haq

7 may 2024 , 13:47
Dünyanın  ən yaxşı   20 futbol məşqçisi -  SİYAHI

Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

7 may 2024 , 11:58
"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24