Soçi olimpiadasının məşəlləri təqdim olundu
15 yanvar 2013 10:11 (UTC +04:00)

Soçi olimpiadasının məşəlləri təqdim olundu

2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəli təqdim olunub. Lent.az-ın məlumatına görə, Moskva Univermağında baş tutan mərasimdə məşəllər forma və ölçü baxımından bir-birinə bənzəyiblər.

 

Lakin olimpiadanın məşəli qırmızı rəngli qammada, paralimpiadanınkı isə səma mavi rəngdə olub. Məşəlləri Vladimir Pirojkov və Andrey Vodyanikin rəhbərliyi altında rusiyalı mühəndis-dizaynerlər hazırlayıblar. Onları “Soçi-2014”ün səfirləri Tatyana Navka, Natalya Vodyanova, İlya Averbuk və Olesya Vladıvkina təqdim ediblər. Təşkilat komitəsinin sədri Dmitri Çernışenkonun sözlərinə görə, məşəllərin təsvirində ənənəvi xalq nağılı personajı olan səməndər quşunun lələyini görmək olar. Yanvarın 15-də başlanacaq estafet yürüşünə 14 min insan qatılacaq.

 

Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları 2014-cü ilin 7 – 23 fevralında, Paralimpiya Oyunları isə 7 – 16 martda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar