Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari bu gecə qarşılaşacaqları Meksika ilə oyun haqda danışıb. Lent.az-ın xəbərinə görə, təcrübəli mütəxəssis Meksika yığmasından sürpriz gözləmədiyini bildirib: “Meksika millisinə qarşı oynamaq hər zaman çətin olub. Lakin biz rəqibi yaxşı öyrənmişik. Miqel Errera az müddətdir yığmada çalışır. Komandada müəyyən dəyişikliklər edib. Ancaq biz hazırıq. Düşünmürəm ki, Meksika millisi bizimlə oyunda hansısa sürpriz etsin”.
Braziliya-Meksika oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.