Ruslan Abışovun “Rubin”də alacağı əmək haqqı açıqlandı
16 yanvar 2013 18:16 (UTC +04:00)

Ruslan Abışovun “Rubin”də alacağı əmək haqqı açıqlandı

“Xəzər Lənkəran” klubunun və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov ən yaxın müddətdə Rusiya “Rubin”i ilə müqavilə imzalayacaq. Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın “BİZNES Online” qəzeti mötəbər mənbələrə istinadən xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, 26 yaşlı müdafiəçi hazırda Türkiyənin Antalya şəhərində “Rubin”lə birgə təlim-məşq toplantısındadır. Amma müqaviləsinin şərtləri müzakirə olunduğundan, məşqlərdə iştirak etmir. “Xəzər Lənkəran”la 2014-cü ilin yayınadək müqaviləsi olan Abışovla anlaşmanın bütün detalları yanvarın 19-dək rəsmiləşdiriləcək.

 

Qeyd edək ki, “BİZNES Online” Ruslan Abışovun “Xəzər Lənkəran”dan ildə 300 min avro aldığını və Azərbaycanın ən ödənişli yerli futbolçusu olduğunu yazıb. O da bildirilir ki, Abışovun “Rubin”dəki illik əmək haqqı isə 350 min avro təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar