Rusiya yığmasında Azərbaycan millisinə qarşı mavi futbolçu oynayıb
15 yanvar 2013 11:10 (UTC +04:00)

Rusiya yığmasında Azərbaycan millisinə qarşı mavi futbolçu oynayıb

Futbol üzrə Rusiya milli komandasının 2 futbolçusu Aleksandr Kokorin və Pavel Mamayevin homoseksual olmalarına dair şübhələr yaranıb. Lent.az-ın məlumatına görə, 2012-ci il dekabrın sonlarında “Sports.ru” saytının yaydığı fotoda Kokorinin Mamayevlə qucaqlaşdığı, öpüşdüyü və vannada oturduqları əks olunub.

 

Həmin görüntülər fəal müzakirələr doğurub. Moskva “Dinamo”su və MOİK-də çıxış edən bu oyunçularının qeyri-ənənəvi seksual orientasiyaya mənsub olmalarına dair şübhələr yaranıb. Kokorin isə bildirib ki, onun üçün belə şərhləri oxumaq gülməlidir. O, Mamayevi çoxdan tanıdığını deyib: “Meydanda biz rəqibik, amma həyatda dostuq. O, mənim üçün qardaş kimidir”.

 

21 yaşlı hücumçu həm özünün, həm də 24 yaşlı yarımmüdafiəçi Mamayevin görüşdükləri qızların bu şəkilləri çəkdiklərini açıqlayıb: “Biz də onları çəkmişik, amma sayta yerləşdirməmişik”.

 

Qeyd edək ki, Pavel Mamayev 2010-cu, Aleksandr Kokorin isə 2011-ci ildə millidə debüt edib. Rusiya yığması 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqiblərindəndir. Kokorin ötən il oktyabrın 16-da keçirilmiş seçmə oyunda millimizə qarşı 90 dəqiqə oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1940
avatar

Oxşar yazılar