Rusiya klubu “İnter” və “Neftçi” ilə üz-üzə
15 yanvar 2013 17:25 (UTC +04:00)

Rusiya klubu “İnter” və “Neftçi” ilə üz-üzə

Rusiya Premyer Liqasında mübarizə aparan Permin “Amkar” futbol komandası Azərbaycanın iki klubu ilə yoldaşlıq görüşü keçirəcək. Lent.az-ın “Amkar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Bakının “İnter” və “Neftçi” komandalarıdır.

 

“İnter”lə oyun yanvarın 18-də, “Neftçi” ilə matç yanvarın 27-də baş tutacaq. Hər iki qarşılaşma Türkiyənin Bələk şəhərindəki təlim-məşq toplantısı çərçivəsində oynanılacaq.

 

Qeyd edək ki, hazırda “Amkar” Rusiya Premyer Liqasında 19 oyundan sonra 19 xalla 12-ci pillədə qərarlaşıb. Azərbaycan klublarına gəldikdə, “İnter” Topaz Premyer Liqasında 18 oyundan 34 xalla 1-ci, “Neftçi” isə 17 matçdan 29 xalla 4-cüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748
avatar

Oxşar yazılar