Ramin Musayev: “Xəzər Lənkəran” – “Neftçi” matçı baş tutacaq”
14 dekabr 2012 13:18 (UTC +04:00)

Ramin Musayev: “Xəzər Lənkəran” – “Neftçi” matçı baş tutacaq”

Futbol üzrə Topaz Premyer Liqasında bu gün keçirilməsi nəzərdə tutulan “Xəzər Lənkəran” – “Neftçi” matçı baş tutacaq. Bu barədə Lent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.

 

Hazırda Lənkəran şəhər stadionunda olan AFFA nümayəndəsi Ramiz Abdullayevlə əlaqə saxladığını deyən Musayev meydanın saat 16:00-da başlayacaq görüşə hazırlandığını bildirib.

 

Stadionun direktoru Höccət Hacıyev isə güclü leysan yağışının ot örtüyünə təsirsiz ötüşmədiyini və meydanda gölməçələrin yarandığını bildirib. O, stadionun işçi qüvvəsinin meydanı təmizləməyə cəlb olunduğunu söyləyib: “İnşallah, oyun baş tutmalıdır. Biz də bunun üçün çalışırıq”.

 

Qeyd edək ki, Lənkəranda dünən axşamdan yağan leysan yağışı hazırda səngiyib.

 

# 893
avatar

Oxşar yazılar