Putin olimpiadaya xərclənən 51 milyardın araşdırılacağını deyib
11 fevral 2014 06:48 (UTC +04:00)

Putin olimpiadaya xərclənən 51 milyardın araşdırılacağını deyib

0

Soçi qış olimpiadasına indiyədək görünməmiş həcmdə, 51 milyard dollar maliyyə vəsaitinin xərclənməsi dünyanın marağına səbəb olub. Bu rəqəm Rusiya hakimiyyətini də maraqlandırmağa başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə prezidenti Vladimir Putin olimpiadanın keçirilməsi üzrə ictimai şuranın üzvləri görüşdə deyib: «Doğrudan çox böyük həcmdə maliyyə vəsaiti sərf edilib. Bu miqdarda maliyyə vəsaitinin sərf edilməsinə dəyərdi, ya  dəyməzdi – indi biz bundan danışmayacağıq. Məsələ gələcəkdə araşdırılacaq».

 

O, qeyd edib ki, oyunlara hazırlıq zamanı Rusiya bir sıra dövlətlər tərəfindən yürüdülən «caydırıcılıq nəzəriyyəsi» üzləşib.

 

«Hələ «soyuq savaş» zamanında  bu nəzəriyyə SSRİ-nin inkişafına qarşı yönəlmişdi. Təəssüf ki biz indi də o dövrdən qalan atavizmin həyata keçirilməsinin şahidi oluruq»-deyə, Putin söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1320

Oxşar yazılar