Platinidən Azərbaycana xəbərdarlıq
14 dekabr 2012 12:45 (UTC +04:00)

Platinidən Azərbaycana xəbərdarlıq

“Çempionatlarını birləşdirmək arzusunda olan ölkələr Çempionlar Liqasından kənarda qala biləcəklərinə hazır olmalıdırlar”. Lent.az-ın məlumatına görə, bu barədə UEFA prezidenti Mişel Platini açıqlama verib.

 

 “Biz bu mövzunu müzakirə etdik. Deməliyəm ki, reaksiya tam birmənalı deyil. Neqativ münasibət pozitiv yanaşmanı üstələyir. Orada bir sıra qıcıqlandırıcı problem var. Bir neçə liqa birləşsə, qanunvericiliklə bağlı məsələlər: təhlükəsizlik, vergi və digər normativlər ortaya çıxacaq. Beləliklə, biz ilk növbədə əmin olmalıyıq ki, onların hamısı buna siyasi cəhətdən hazırdırlar” – deyə o, bildirib.

 

Məsələnin idman tərəfinə gəldikdə, Platininin fikrincə, iki ölkə birləşmək istəsə, Çempionlar Liqasında hər ikisi oynamaq istəyəcək. Lakin onlar bir çempionat keçirsələr, bu vəsiqəni ilk yeri tutan qazanacaqlar. Bu zaman ölkələrdən biri Çempionlar Liqasında təmsilçisiz qala bilər.

 

UEFA prezidentinin xəbərdarlığı Azərbaycan Premyer Liqasına da aiddir. 2012-2013-cü il mövsümündə Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşüb. Amma MDB çempionatında iştirak edəcəyi halda, flaqmanın nəinki mükafatçılar sırasına düşməsi, hətta Avropa Liqasına vəsiqə qazanması çətinləşəcək.

 

Qeyd edək ki, MDB çempionatı layihəsi 2014-2015-ci il mövsümündən qüvvəyə minə bilər.

# 1876
avatar

Oxşar yazılar