Nizami  “Poqon”la 8 oyun keçirəcək
15 dekabr 2012 16:13 (UTC +04:00)

Nizami “Poqon”la 8 oyun keçirəcək

Nizami Hacıyevin transfer olunacağı gözlənilən “Poqon”un qış fasiləsi dönəmində hazırlıq planları məlum olub. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisi də bizim əksər klublarımız kimi Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Şçetsin klubu ilk öncə Polşada hazırlıq keçəcək. Komanda vətəndə olduğu müddətdə 4 yoxlama oyunu keçirəcək. Daha sonra “Poqon” toplanışın ikinci mərhələsini Türkiyədə hazırlaşacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Bundan sonra komanda Polşaya qayıdıb daha bir rəqiblə gücünü sınayacaq. Beləliklə, “Poqon” 8 oyunda qüvvəsini sınamış olacaq

# 735
avatar

Oxşar yazılar