Neftçi”nin rəqibi 2 aydır maaş almır
15 dekabr 2012 16:24 (UTC +04:00)

Neftçi”nin rəqibi 2 aydır maaş almır

Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olmuş “Rubin” klubunun futbolçuları iki aydır maaş almırlar.

Qol.Az-ın xəbərinə görə, bu haqda Rusiya mətbuatına müsahibəsində Kazan təmsilçisinin baş məşqçisi Qurban Berdıyev bildirib.

O, hazırda maliyyə durumlarının yaxşı olmadığını deyib. “Amma futbolçular bunu anlayışla qarşılayırlar. Onların maaşları mütləq veriləcək. “Rubin” hələ heç kimi aldatmayıb” -deyə  qeyd edib.

 

# 682
avatar

Oxşar yazılar