Nazir: “Teymurun birinci olacağına inanırıq”
13 mart 2013 11:11 (UTC +04:00)

Nazir: “Teymurun birinci olacağına inanırıq”

Gənclər və idman naziri Azad Rəhimov şahmat üzrə İddiaçılar Turnirinin açılış mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtı Londona yollanır. Lent.az-ın məlumatına görə, nazir səfər öncəsi jurnalistlərə açıqlamasında yarışda iştirak edən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun şanslarını dəyərləndirib.

Onun fikrincə, Rəcəbov turnirin qalibi ola bilər: “Bu yarış Dövlət Neft Şirkəti tərəfindən təşkil olunub, böyük bir turnirdir. Dünyanın 8 ən güclü şahmatçısı iştirak edəcək. Onların arasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov da var. Düşünürük ki, Rəcəbovun şansları çox yüksəkdir. Biz onun turniri birinci yerdə başa vura biləcəyinə inanırıq”.
 

Qeyd edək ki, martın 15-də start götürəcək İddiaçılar Turniri aprelin 1-ə kimi davam edəcək. Turnirin qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.

# 939
avatar

Oxşar yazılar