Mustafa Dənizli- Haradan haraya…
15 dekabr 2012 03:57 (UTC +04:00)

Mustafa Dənizli- Haradan haraya…

Futbol üzrə Türkiyə milli komandasının sabiq baş məşqçisi Mustafa Dənizli özünə yeni iş yeri tapıb. Lent.az-ın “NTV Spor”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis Türkiyənin I liqasında mübarizə aparan “Çaykur Rizəspor”un sükanı arxasına keçib.

Dənizli bu vəzifədə Engin Korukırı əvəzləyib.

Qeyd edək ki, Mustafa Dənizli vaxtilə Türkiyənin 3 böyük klubu – “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın da baş məşqçisi olub. 63 yaşlı mütəxəssis hər 3 komanda ilə çempionluq sevinci yaşayan yeganə baş məşqçidir. Onun son iş yeri İran “Persepolis”i olub. 

 

# 1225
avatar

Oxşar yazılar