Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Xorvatiya ilə qarşılaşan millimiz 0:6 hesabı ilə məğlub oldu. Lent.az-ın məlumatına görə, bu hesablı məğlubiyyət yığmamızın tarixində ilk dəfə yaşanmır. Komandamız dördüncü dəfədir ki, eyni aqibətlə üzləşir. İlk dəfə 2004-cü ildə 0:6 hesabını “dadmışıq”. Yoldaşlıq görüşünə təsadüf edən həmin matçda İsrail qapımızdan 6 cavabsız top keçirib. İkinci belə məğlubiyyət 2006-cı ildə baş verib. Şahin Diniyevli yığmamız Ukrayna ilə yoldaşlıq görüşündə 0:6 hesabı ilə uduzub. Üçüncü 0:6 isə Berti Foqtsun vaxtına təsadüf edir. 2009-cu ildə keçirilən yoldaşlıq matçında İspaniya yığmamızı 6 dəfə mərkəzə dəvət edib. Xorvatiyaya məğlubiyyət isə millimizin tarixində dördüncü 0:6 hesablı məğlubiyyətdir.

Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56