
Maskalılar Almaniya klubuna hücum etdi
Almaniyanın “Leyptsiq” futbol klubu xoşagəlməz halla üzləşib. Lent.az-ın məlumatına görə, komandanın məskunlaşdığı otelə maskalılar tərəfindən hücum edilib. Hadisə dünən “Karslrue” – “Leyptsiq” matçından (0:0) öncə baş verib. Şahidlərin sözlərinə görə, təxminən 20 maskalı şəxs otelə hücum edib. Onlar əvvəlcə yeməkxanaya daxil olublar. Xoşbəxtlikdən həmin vaxt orda heç kim olmayıb. Daha sonra polislərin otelə yaxınlaşdığından xəbər tutan maskalılar gizləniblər. Hadisə zamanı “Leyptsiq”in üzvləri öz otaqlarında olublar. Klub rəhbərliyinin fikrincə, basqında məqsəd futbolçulara zərər yetirmək olub.
Qeyd edək ki, komandanın üzvlərinə son günlərdə təhdid məktubları gəlirmiş.
Oxşar yazılar

"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33
Dünyanın ən seksual voleybolçusu – Açıq-saçıq çimərlik geyimində
4 iyul 2025 , 19:59
"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı
4 iyul 2025 , 18:41
Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43