Mario Souza: “Xəzər Lənkəran”ı tək qoymaq olmaz” - MÜSAHİBƏ
16 avqust 2013 17:11 (UTC +04:00)

Mario Souza: “Xəzər Lənkəran”ı tək qoymaq olmaz” - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın yeni seleksiyaçı-məşqçisi Mario Souza futbol klubunun rəsmi saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:

 

- Hansı hissləri keçirirsən?

 

- Tanrıma şükürlər edirəm ki, daha bir arzuma çatdım. Mən cismən “Xəzər Lənkəran”dan ayrılsam da, bütün ruhum komandanın yanında idi. Daim “Xəzər Lənkəran”ın çıxışı ilə maraqlanırdım, buradakı dostlarla əlaqə saxlayırdım. Açığı, göyün yeddinci qatındayam və özümü çox xoşbəxt hiss edirəm.

 

- Cənublu azarkeşlər sənin yolunu həsrətlə gözləyirdilər. Yəqin razılaşarsan ki, bu, həm də əlavə məsuliyyətdir.

 

- Bu, sözlə ifadə olunmayacaq qədər fəxr olunası duyğudur. Düşünün ki, bir neçə ildir bir klubda çıxışını başa vursan da, səni azarkeşlər hələ də unutmayıblar, səni arzulayır, düşünür və səndən hətta bu gün belə nə isə gözləyirlər. Buna görə dediyiniz əlavə məsuliyyəti hiss edirəm. Futbolçu kimi “Xəzər Lənkəran”ın uğurlarında necə pay sahibi olmuşamsa, yeni işimdə də sevimli klubuma faydalı olmaq istəyirəm. Öz xarizmam və peşəkar karyeramda qazandığım təcrübəmlə inanıram ki, buna nail olacağam.

 

- Mario Souza hazırkı durumda “Xəzər Lənkəran” üçün nələri etməyi düşünür?

 

- Bayaq dediyim kimi, müəyyən təcrübəm var və artıq iki ildir ki, menecer kimi fəaliyyət göstərirəm. Çalışacağam ki, “Xəzər Lənkəran”a səviyyəli futbolçuların transferinə yardımçı olum. Bundan başqa öz təcrübəmi klub rəhbərliyi ilə paylaşıb komandamızın uğura nail olmasına kömək etməyi düşünürəm. “Xəzər Lənkəran” rəhbərliyində çox gözəl insanlar toplaşıb və onların komandaya olan dəstəyini futbolçu həmişə hiss edir. Sadəcə, hər kəs öz üzərinə düşəni edib meydanda vuruşaraq bu dəstəyin qarşılığını verməlidir. “Xəzər Lənkəran”da klub rəhbərliyi elə bir şərait qurub ki, burada futbolçunun yalnız bir problemi olmalıdır - meydanda “döyüşmək”.

 

- Yeni transferlər nə vaxt olacaq?

 

- Vaxt çox azdır. Bu gün klub rəhbərliyi və baş məşçi Con Toşakla görüşümüz oldu. Lazım olan mövqelərə transferləri müzakirə etdik. Namizəd futbolçular var. Elələri alınmalıdır ki, bura gələn futbolçu “Xəzər Lənkəran”da oynamağı ürəkdən istəsin, gəldikdən sonra hər hansı kiçik problemi özünə dərd etməsin. Belədə futbolçudan klub da xeyir görür. Adlar açıqlamaq istəmirəm. Yalnız onu deyim ki, transferlər yaxın günlərdə həyata keçiriləcək.

 

- Komandanın baş məşqçisi Con Toşakı necə dəyərləndirirsən?

 

- Con Toşak dünyada tanınmış, yüksək səviyyəli mütəxəssisdir. Belə bir məşqçi ilə çiyin-çiyinə işləməyi özümə fəxr hesab edirəm. Onun təcrübəsi komanda üçün olduqca əhəmiyyətlidir. Toşakla birgə sıx çalışacağıq. İstənilən addımda əsas olaraq məhz onun fikirləri götürüləcək. Öz sahəmdə əlimdən gələni edəcəyəm ki, baş məşqçiyə köməklik göstərim, onun ideyalarının reallaşmasında yardımçı olum.

 

- “Xəzər Lənkəran” azarkeşlərinə hər hansı mesajın var?

 

- Onlar həmişə mənim ürəyimdədir. Bu gün komandamız uğursuz qrafik cıza bilər. Amma “Xəzər Lənkəran” azarkeşi elə möhtəşəmdir ki, komandasını tək qoymaz. Belə günlərdə azarkeşi nədəsə qınaya bilməzsən. O, uğur istəyir və bunu gözləyir. Problem komandadadırsa, həmin problem həll olunmalıdır. Bununla belə etiraf edim ki, əsl azarkeş də belə günlərdə bilinir. Uğur, qələbələr zamanı tribunada olmaq, komandanı dəstəkləmək asandır. Qara zolağa düşəndə isə əsl azarkeşə ehtiyacın olur. “Xəzər Lənkəran”ı tək qoymaq olmaz! Hamımız əl-ələ verib “Xəzər Lənkəran”a uğur qazandıracağıq!

# 629
avatar

Oxşar yazılar

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

18 may 2024 , 15:38
"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25