Lionel Messi: “...minnətdaram”
08 yanvar 2013 10:36 (UTC +04:00)

Lionel Messi: “...minnətdaram”

İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi 2012-ci ilin yekununda qazandığı “Qızıl top”la əlaqədar fikirlərini bildirib. Lent.az-ın məlumatına görə, 26 yaşlı hücumçu 4-cü dəfə dünyanın ən yaxşısı seçildiyi üçün inanılmaz hisslər keçirdiyini açıqlayıb.

 

O, birgə oynadığı və məşq etdiyi futbolçulara, xüsusən Andres İnyestaya minnətdarlıq edib. Messinin fikrincə, İnyesta ilə meydanda sıx əlaqə olmasaydı, ən yaxşı seçilməsinə ümid edə bilməzdi. Argentinalı ulduz həmklubundan əlavə, Kriştianu Ronaldunu da “Qızıl top”a layiq sayıb: “Artıq 4-cü dəfə bu səhnəyə çıxmaq mənim üçün bir qədər təsirlidir. İnyesta və Ronaldu da bu mükafata məndən az layiq deyildilər. “Barselona” və Argentina millisindəki komanda yoldaşlarıma, eləcə də bütün ailəmə, xüsusən, həyat yoldaşım və oğluma minnətdaram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1379
avatar

Oxşar yazılar