Kantona erotik filmə çəkildi
04 oktyabr 2013 18:41 (UTC +04:00)

Kantona erotik filmə çəkildi

“Mançestr Yunayted”  və Fransa yığmasının sabiq hücumçusu Erik Kantona “Gecə yarısından sona görüş” adlı erotik komediyada baş rola çəkilib.

Lent.az-ın “Daily Mirror” qəzetinə istinadən verdiyi məlumata görə, Kantona bu filmi “zərif və unikal” adlandırıb.

Erotik komediyada ər-arvad və onların homoseksual xadimələri Erik Kantonanın oynadığı personajı erotik mərasimə dəvət edirlər.

Qeyd edək ki, bu, Erik Kantonanın ilk kino təcrübəsi deyil. O, indiyə qədər “Yelizaveta I”, “Erikin axtarışları” filmlərində oynayıb. Kantona hazırda Britaniya Kino Festivalının Münsiflər Heyətinə rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165

Oxşar yazılar