Goranboyda məktəb yandı
15 dekabr 2012 15:07 (UTC +04:00)

Goranboyda məktəb yandı

Bu gün Goranboy şəhərində Təhsil Nazirliyinə məxsus olan hal-hazırda fəaliyyət göstərməyən məktəb yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 180 kvadrat metr olan ikimərtəbəli 18 otaqdan ibarət məktəb binasının dəhlizinin döşəməsi 15 kvadrat metr sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Hadisənin səbəbləri araşdırılır.

# 736
avatar

Oxşar yazılar