
FİFA milli komandanı cəzalandırdı
FİFA Zimbabve futbol yığmasına ağır cəza kəsib. Lent.az-ın məlumatına görə, ali futbol qurumu bu ölkənin komandasını DÇ-2018-in seçmə mərhələsindən uzaqlaşdırıb. Buna səbəb Zimbabve Futbol Federasiyasının 2008-ci ildə millini çalışdırmış Joze Klaudine Jeorjininin pulunu ödəməməsi olub. Adıçəkilən çalışdırıcı FİFA-ya müraciət etdiyindən, qurum federasiyaya xəbərdarlıq etmişdi. FİFA-nın İntizam Komitəsi federasiyaya Jeorjininin borcunu ödəməsi üçün 60 gün vaxt vermişdi. Borc ödənilməyəcəyi təqdirdə, Zimbabve yığmasının federasiyadan kənarlaşdırılacağı bildirilmişdi. Amma federasiya rəhbərliyi bu xəbərdarlığa məhəl qoymayıb. Belə olan halda, FİFA Zimbabve millisini DÇ-2018-in seçmə mərhələsindən uzaqlaşdırmağa qərar verib.
Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23