Azərbaycan yığması üçün tarixi şans
07 oktyabr 2013 18:31 (UTC +04:00)

Azərbaycan yığması üçün tarixi şans

Azərbaycan futbolu tarixində ilk dəfə komandamızın olimpiadada iştirak imkanı yaranıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu hüquqa 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) yiyələnə bilər.

 

Bunun üçün millimiz oktyabrın 14-də start götürəcək mini-turnirin qalibi olmağı bacarmalıdır. Yarış UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahının ərazisində yerləşən stadionda keçirəcək və 2014-cü il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin  II Yay Olimpiya Oyunlarına lisenziya xarakter daşıyacaq. Seçmə mərhələdə Avropa zonasından 4 ölkə - Azərbaycan, İsrail, Slovakiya və Rumıniya mübarizə aparacaq. Bu komandalar UEFA tərəfindən “Fair-Play” reytinqinə əsasən seçilib. Bu, 3 ay öncə yaradılmış U-15 qızlar yığmamızın ilk rəsmi oyunları olacaq.

 

Mini-turnirin təqvimi:

 

14 oktyabr. Yarımfinal

15:00. Azərbaycan - İsrail

18:00. Slovakiya - Rumıniya

 

16 oktyabr

15:00. 3-cü yer uğrunda oyun

18:00. Final

 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113

Oxşar yazılar