"Şerif"in baş məşqçisi "Qarabağ"la oyundan danışdı
30 iyul 2017 14:58 (UTC +04:00)

"Şerif"in baş məşqçisi "Qarabağ"la oyundan danışdı

“Qarabağ”la oyunu düşünərək bəzi futbolçularıma istirahət imkanı yaratmışdım. Ancaq Bakıda meydana çıxmış oyunçulardan da bəziləri bu qarşılaşmada iştirak edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Roberto Bordin deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında öz meydanında “Qarabağ”la qarşılaşacaq Moldova təmsilçisinin çalışdırıcısı onları qarşıda çətin oyun gözlədiyini bildirib: “Həm bizim, həm də rəqibimiz üçün çox önəmli oyun olacaq. Çox güclü komandadı. Bir anda sürətli hücumlarla təhlükə yaratmağı bacarırlar. Bakıdakından daha pis oynamayacaq qədər diqqətli olmalıyıq. Doğma meydan üstünlüyündən yararlanmaq istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar