UEFA Gənclər Liqasında çıxış edəcək “Liverpul”un U-19 komandasının baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu post “mersisaydlılar”ın sabiq futbolçusu Stiven Cerrarda həvalə edilib.
Məlumatı “Liverpul”un rəsmi saytı yayıb.
Cerrard bir müddətdi “qırmızılar”ın akademiyasında çalışır.
Qeyd edək ki, “Liverpul” UEFA Gənclər Liqasında “Sevilya”, “Maribor” və Moskva “Spartak”ı ilə eyni qrupda mübarizə aparacaq.