“Zenit” və “Beşiktaş” Qəbələyə gəlir
14 dekabr 2012 13:25 (UTC +04:00)

“Zenit” və “Beşiktaş” Qəbələyə gəlir

15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq “Qəbələ Kuboku”na dəvət alan klublardan ikisi turnirə qatılacaqlarını rəsmən təsdiqləyib. Lent.az-ın məlumatına görə, bunlar Rusiya “Zenit”i ilə Türkiyə “Beşiktaş”ıdır.

 

Onlar 2013-cü il mayın 28-də Qəbələdə start götürəcək yarışda iştirak edəcəklərini bildiriblər. İyunun 2-dək davam edəcək turnirin digər iştirakçılarının adları yaxın müddətdə müəyyənləşəcək. 

 

Qeyd edək ki, ilk turnir bu il mayın 30-dan iyunun 4-dək Qəbələdə “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığması, eləcə də Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının iştirakı ilə baş tutub. Qalib adını “Qalatasaray” qazanıb.

# 1003
avatar

Oxşar yazılar