“Xəzər Lənkəran” Ruslan Abışovun mövqeyinə futbolçu tapdı
16 yanvar 2013 16:56 (UTC +04:00)

“Xəzər Lənkəran” Ruslan Abışovun mövqeyinə futbolçu tapdı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir yeni futbolçu gəlib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, mərkəz müdafiəçisi Alvaro Silva Linaresdir.

 

28 yaşlı ispaniyalı oyunçu “ağ-yaşıllar”ın səhər məşqinə də qatılıb. O, Rusiya “Rubin”inə keçidi gündəmdə olan Ruslan Abışovu əvəzləyə bilər.

 

Qeyd edək ki, Alvaro Silva Linares 2006 - 2009-cu illərdə İspaniyanın “Malaqa”, daha sonra icarə əsasında “Xerez”, 2009 - 2011-ci illərdə “Kadiz” klublarında və 2011-2012-ci illərdə Rumıniya “Petrolul”unda forma geyinib. Alvaro Silva Linaresin son çıxış etdiyi klub da “Xerez” olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827
avatar

Oxşar yazılar