“Xəzər Lənkəran” - “Neftçi” oyununda dava
14 dekabr 2012 17:52 (UTC +04:00)

“Xəzər Lənkəran” - “Neftçi” oyununda dava

Topaz Premyer Liqasının bu gün keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu zamanı qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi ilk hissədən sonra fasilədə dava-dalaş düşüb.

Belə ki, komandaların azarkeşləri oturacaqları sındırıb, bir-birinə atmağa başlayıblar. Aranı sakitləşdirmək üçün “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov işə qarışıb. O, paytaxt təmsilçisinin rəhbərliyi ilə danışıb, qonaq azarkeşləri sakitləşdirməyi tələb edir.

Həmin anda meydana fişəng atılıb. Polislər də “Neftçi” fanatlarını sakitləşdirməyə çalışsa da, onlar stadionun oturacaqlarını sındırıb əks düşərgəyə atmaqda davam edib.

 

# 1692
avatar

Oxşar yazılar