“Simurq” Kozmin Kontranın komandasına qarşı
09 yanvar 2013 17:48 (UTC +04:00)

“Simurq” Kozmin Kontranın komandasına qarşı

Zaqatalanın “Simurq” klubu Rumıniyanın yüksək liqasında çıxış edən “Petrolul” komandası ilə yoxlama matçı keçirəcək. Lent.az-ın məlumatına görə, görüş “Simurq”un Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı çərçivəsində baş tutacaq.

 

Bələk qəsəbəsindəki meydanlardan birində oynanılacaq qarşılaşma yanvarın 31-ə təyin edilib. Artıq bu barədə “Petrolul”dan rəsmi razılıq verilib. Bu, yanvarın 10-da Antalyaya yola düşəcək “Simurq”un son yoxlama matçı olacaq. Digər rəqiblərin adları isə yaxın günlərdə dəqiqləşəcək. Zaqatala komandası mövsümün ilk yarısını 18 oyundan 33 xalla 2-ci pillədə başa vurub. 

 

Qeyd edək ki, Ploeşti şəhərini təmsil edən rəqib hazırda Rumıniya çempionatında 6-cı pillədə qərarlaşıb. 18 turdan sonra “Petrolul” 34 xal yığıb. Komandanın fiziki hazırlıq üzrə məşqçisi vaxtilə “Neftçi” və “Xəzər Lənkəran”da da çalışmış Covanni Melkiorredir. “Petrolul”un oyunçularından Daniel Opritsa 2009-cu ildə “Bakı”da çıxış edib. Klubun baş məşqçisi isə ötənlərin məşhur futbolçusu Kozmin Kontradır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584
avatar

Oxşar yazılar