
“Qarabağ”ın rəqibi İtaliya millisinin üzvünü alır
“Çelsi” heyətinə yeni oyunçu cəlb edir. Apasport.az saytının məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan London təmsilçisi müdafiəçi ilə güclənir.
“Zadəganlar” “Torino”nun oyunçusu Davide Zappakostanın keçidini həll etmək üzrədir. Bu barədə xəbəri “SKY Sports” yayıb. Bildirilib ki, londonlular İtaliya millisinin də şərəfini qoruyan futbolçu üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2015-ci ildən Turin təmsilçisinin heyətində çıxış edən 25 yaşlı oyunçu ötən mövsüm meydana çıxdığı 29 oyunda 1 qol vurub və 5 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar yazılar

“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21