Türkiyənin “Qalatasaray” klubuna məxsus “Türk Telekom Arena”nın direktoru Mustafa Turqun istefa verib. Lent.az-ın məlumatına görə, Turqun uzun müddətdir çalışdığı vəzifədən öz istəyi ilə ayrılıb.
Klub prezidenti Ünal Aysal onun istefasını qəbul edib. Turqun Türkiyədə yaxın vaxtlarda açılacaq E-Bilet adlı quruma rəhbərlik edəcək.
Qeyd edək ki, “Türk Telekom Arena” rəhbərliyi stadionun ot örtüyünün tez-tez əlverişsiz vəziyyətə düşməsi səbəbindən tənqid olunurdu.