“İnter” iki hücumçusunu itirib
07 yanvar 2013 17:33 (UTC +04:00)

“İnter” iki hücumçusunu itirib

Bakının “İnter” klubu iki aparıcı futbolçusunun xidmətindən məhrum olub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar braziliyalı Tales Şütslə gürcüstanlı Georgi Adamiyadır.

 

Hər iki hücumçu zədəlidir. Şüts Topaz Premyer Liqasının XVII turunda “Kəpəz”lə Gəncə şəhər stadionundakı oyun öncəsi məşq zamanı gözündən xəsarət alıb. O, vətəni Braziliyada təkrar əməliyyat olunacaq.

 

4 aydır yaşıl meydanlardan uzaq düşən Adamiya isə təkrar tibbi müayinədən keçmək üçün bu günlərdə Almaniyaya gedəcək.

 

Qeyd edək ki, “İnter” yanvarın 11-də Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Oxşar yazılar