Rumıniya yığması da baş məşqçisiz qaldı
17 oktyabr 2014 10:16 (UTC +04:00)

Rumıniya yığması da baş məşqçisiz qaldı

Rumıniya millisinin baş məşqçisi Viktor Pitsurka istefaya göndərilib. Lent.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Federasiya yeni baş məşqçinin adını oktyabrın 20-də açıqlayacaq. Pitsurkanı kimin əvəzləyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində Yunanıstan (1:0) və Finlandiyanı məğlub edən (2:0) Rumıniya millisi Macarıstanla 1:1 hesabı ilə bərabərə qalıb. Komanda 7 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar