Xavi  keçmiş baş məşqçisinin   komandasına qalib gəldi
11 aprel 2024 01:06 (UTC +04:00)

Xavi keçmiş baş məşqçisinin komandasına qalib gəldi

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Lent.az xəbər verir ki, “Atletiko” öz meydanında Dortmundun “Borussiya” klubunu qəbul edib. Görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda  “Barselona” səfərdə PSJ ilə qarşılaşıb. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Barselona"nın indiki baş məşqçisi Xavi vaxtilə PSJ-nin baş məşqçisi olan Luis Enrikenin çalışdırdığı Kataloniya klubunda oynayıb. 

Bu komandalar arasında cavab oyunları aprelin 16-da baş tutacaq.

 

# 6420
avatar

Oxşar yazılar