Usik və Fyuri arasındakı  döyüşün vaxtı   AÇILANDI
02 fevral 2023 15:32 (UTC +04:00)

Usik və Fyuri arasındakı döyüşün vaxtı AÇILANDI

0

WBA, WBO və IBF ağır çəki dərəcələrinin sahibi Aleksandr Usik növbəti döyüşündə WBC çempionu Tayson Fyuri ilə görüşməli, mütləq çempion müəyyənləşdirilməlidir.

Lent.az bildirir ki, ESPN-in insayderi Mayk Koppincerin məlumatına görə, ukraynalı və britaniyalı döyüşçülər arasında görüş aprelin 29-na planlaşdırılıb.

Tərəflər döyüşün təşkili yerini müzakirə etməkdə davam edir. Hazırda əsas variant Səudiyyə Ərəbistanıdır, ehtiyat yer isə Londondakı “Uembli” stadionudur.

“Tayson Fyuri və Aleksandr Usik aprelin 29-da mübahisəsiz ağır çəkili titul uğrunda döyüşmək üçün danışıqlar aparır.

Usik səudiyyəlilərlə müqavilənin öz hissəsini bağlayıb və indi növbə Fyurinindir. Əks halda, döyüş “Uembli”yə keçə bilər. Ramazan ayı aprelin 21-də başa çatır”, - Koppincer yazıb.

Bundan əvvəl məlum olmuşdu ki, Tayson Fyuri artıq mütləq çempion titulu uğrunda döyüşün ləğv olunacağı halda Aleksandr Usıkın yerinə əvəzedici tapıb.


 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2013

Oxşar yazılar