İyulun 14-də İspaniya və İngiltərə millilərinin qarşılaşdığı Avropa çempionatının final oyunu keçirilib.
Lent.az xəbər verir ki, oyun Berlindəki Olimpiya stadionunda keçirilib. Oyun 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb. Beləliklə, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt tarixdə ardıcıl iki Avropa çemionatının finalında məğlub olan ilk məşqçi olub.
İngiltərə millisinin İtaliyaya uduzduğu (1:1, penaltilərlə 2:3) 2020-ci il Avropa çempionatında da milli komandaya rəhbərlik edib.
Hesabı 47-ci dəqiqədə Lamin Yamalın ötürməsi ilə Niko Uilyams açıb. 73-cü dəqiqədə ingilis yarımmüdafiəçisi Koul Palmer hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Mikel Oyarsabal ispanları yenidən hesabda irəli çıxarıb.