Sərxoş vəziyyətdə  maşın sürdüyünə görə   cəzalandırıldı
27 noyabr 2023 17:14 (UTC +04:00)

Sərxoş vəziyyətdə maşın sürdüyünə görə cəzalandırıldı

Amerikalı UFC döyüşçüsü Toni Ferqyuson sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə şərti cəza alıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, 2023-cü ilin may ayında 39 yaşlı idmançı Los-Ancelesdə sərxoş halda yol qəzası törətdiyinə görə saxlanılıb.

Keçmiş müvəqqəti yüngül çəki çempionu günahını etiraf edib və onlayn məhkəmə qeydlərinə görə şərti bir il həbs cəzası alıb. Məhkəmə döyüşçüyə qarşı sərxoş vəziyyətdə avtomobil idarə etmə ittihamını ləğv edib və yaş yolda ehtiyatsızlıqla bağlı daha az ittiham irəli sürüb.

Dekabrda Toni Ferqyuson Britaniya təmsilçisi Patrik “Peddi” Pimblettlə döyüşəcək. Döyüş UFC 296 çərçivəsində Las-Veqasda (ABŞ) baş tutacaq. İdmançılar dekabrın 16-da qarşılaşacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3655

Oxşar yazılar