Almaniyanın paytaxtı Berlindəki FİDE Qran-prisinin 3-cü mərhələsi davam edir.
Lent.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.
37 yaşlı qrossmeyster 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə heç-heçə edib.
Qeyd edək ki, Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib.
Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var./qol.az