Ronaldo və Messini  arzuladığı komandaya   daxil etmədi
11 dekabr 2023 12:35 (UTC +04:00)

Ronaldo və Messini arzuladığı komandaya daxil etmədi

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema arzuladığı komandanı formalaşdırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Benzema Manuel Noyeri qapıçı kimi görmək istəyir. 

Müdafiəçilər: Dani Alveş, Pepe, Serxio Ramos, Marselo. 

Yarımmüdafiəçilər: Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyo. Fransız Ronaldonu və özünü hücum mövqeyinə qoyub.

Kərim “Real”da birlikdə oynadığı portuqaliyalı Kriştiano Ronaldonu, argentinalı Lionel Messini komandasına qatmayıb.

35 yaşlı Benzema 2023-cü ilin iyulundan "Əl-İttihad"da çıxış edir. O, bu mövsüm klubda 16 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.


 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6399
avatar

Oxşar yazılar